AZ

Zelenski ərazilərlə bağlı danışıqların detalları barədə açıqlama verdi

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ərazilərlə bağlı aparılan danışıqların məqamlarına aydınlıq gətirib.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, Zelenski bildirib ki, hazırda Kiyev və Vaşinqton arasında döyüş təmas xətti boyunca demilitarizasiya olunmuş zona yaradılması məsələsi müzakirə edilmir.

Onun sözlərinə görə, tərəflər hazırda azad iqtisadi zona ideyasını müzakirə edirlər. Prezident jurnalistlərin demilitarizasiya olunmuş zona ilə bağlı sualına cavabında qeyd edib ki, bu mövzu hələ gündəmdə deyil və söhbət əsasən azad iqtisadi zonanın yaradılmasından gedir.

Zelenski əlavə edib ki, məsələ ətraflı şəkildə müzakirə olunmayıb və ABŞ ilə danışıqlar çərçivəsində əlavə işlənməyə ehtiyac var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
20
baku.ws

10Mənbələr