Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı müzakirələrinhansı mərhələdə olduğunu açıqlayıb.
Trend xəbər verir ki, o, bubarədə ZDF televiziya kanalına müsahibəsində danışıb.
Kanslerin sözlərinə əsasən, tərəflər Ukraynanın şərqindədemilitarizasiya olunmuş zonanın yaradılması imkanını real olaraqmüzakirə edirlər.
“Hazırda ABŞ, Rusiya, Ukrayna və Avropa arasındademilitarizasiya edilmiş zona ilə bağlı danışıqlar gedir”, – deyəMerts qeyd edib.
O, belə bir zonanın formalaşdırılmasını müsbət qiymətləndirərəkbildirib ki, bu addım münaqişə tərəflərini bir-birindən ayırmağakömək edə bilər. Eyni zamanda, kansler vurğulayıb ki,demilitarizasiya olunmuş zonanın yaradılması xüsusi iqtisadizonanın tətbiqi anlamına gəlmir.
“Bir daha qeyd edirəm ki, bütün bunlar hələlik gələcəyə dairplanlardır. Biz bu mərhələyə hələ çatmamışıq”, – deyə Fridrix Mertsəlavə edib.