AZ

2026-cı ildə elektron manat dövriyyəyə BURAXILACAQ?

2026-cı ilin gəlməsinə bir neçə gün qalıb. Hər kəs növbəti ildə bir sıra yeniliklərin olacağını düşünür. O cümlədən də maliyyə-bank sektorundakı dəyişikliklər diqqət mərkəzindədir.  

Nəzərə alaq ki, 2025-ci ildə Mərkəzi Bank bir neçə şirkətə elektron pul buraxılışı və dövriyyəsi ilə bağlı lisenziyalar təqdim edib. Bu addım ölkədə rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi, manatın elektron formatda istifadəsi və ödəniş infrastrukturunun daha da
şəffaflaşdırılması baxımından əhəmiyyətli mərhələ hesab olunur. 

Görəsən, 2026-cı ildə elektron pullar dövriyyəyə buraxıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli 2026-cı ildə elektron manatın dövriyyəyə buraxılacağını düşünmür:

“Ümumiyyətlə, elektron manatın dövriyyəyə buraxılmasını məntiqli saymıram. Nəzərə alaq ki, bu məsələ dünyada ən çox müzakirə olunan mövzulardan biridir. Yekdil fikir yoxdur ki, buna ehtiyac var, ya yox. 

Şəxsi qənaətim belədir ki, elektron manata ümumiyyətlə ehtiyac yoxdur. Çünki bu məsələnin kökündə dayanan məqsəd, məram yanlış təqdim olunur. Bu gün dünyada və ölkəmizdə elektron pul dövriyyədədir. Ödəniş edəndə də, xidmət alanda da bank kartlarından istifadə edirik. Zatən nağd ödənişlər getdikcə azalır. Ona görə də gələn il bununla bağlı hansısa bir qərarın veriləcəyini düşünmürəm”.

Surxay Atakişiyev, Bizim.Media 
 

Seçilən
39
50
bizim.media

10Mənbələr