Ermənistan Baş naziri Nikol Paşinyanın rusiyalı müğənni Zemfira Ramazanovaya sevgisi BBC-nin diqqətini çəkib.
Globalinfo.az xəbər verir ki, nəşr “Ermənistan baş naziri Zemfiranı dinləyərək niyə kədərlənir?” sərlövhəli məqalə yayımlayıb.
Paşinyan sözügedən yazının skrinşotunu paylaşaraq “Məsələ beynəlxalq mətbuata çatıb. Hamınızı sevirəm” yazıb.
Qeyd edək ki, bir qədər əvvəl Paşinyanın Zemfiranın “PMML” mahnısına qulaq asarkən kədərləndiyini əks etdirən kadrlar yayılıb.
Bundan əvvəl, Z.Ramazanova həbs təhlükəsi səbəbindən Ermənistanda konsert dəvətini rədd etmişdi.