AZ

Bəşər Əsəd və ailəsi Rusiyada dəbdəbəli həyat yaşayır

“The New York Times” qəzetinin mənbələrinə istinadən məlumatına görə, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və ailəsi ölkəni tərk etdikdən sonra Rusiyada dəbdəbəli həyat sürür. Vətəninfo.az xəbər verir ki, qəzet bildirir ki, ailə əvvəlcə Moskvadakı Four Seasons otelində qalıb, daha sonra Federasiya Qülləsində iki mərtəbəli penthausa köçüb və sonradan Rublyovka bölgəsində villaya yerləşib.

Mənbələr NYT-yə açıqlayıb ki, Rusiya təhlükəsizlik xidmətləri Əsədi və ailəsini qorumağa davam edir. Həmçinin onlara ictimaiyyətə açıqlama verməmələri tapşırılıb.

Qəzetin məlumatına görə, Əsədin qardaşı Maher Əsəd Moskvadakı biznes rayonundakı göydələndə beysbol papağı ilə müşahidə olunub və Capital Towers yaşayış kompleksində yaşayır. İyun ayında sosial mediada Maherin Afimalldakı qəlyan barında vaxt keçirməsi barədə video yayımlanıb.

Noyabr ayında Əsəd qızı Zeynin 22-ci doğum günü münasibətilə şəhərətrafı villada dəbdəbəli mərasim təşkil edib. Həmçinin qızı Şamın 22-ci doğum günü mərasimi sentyabrda Dubaydakı “Bagatelle” restoranında, daha sonra isə yaxtada keçirilib. Mənbələr bildirir ki, qızlar hazırda BƏƏ-də yaşayır və Əsəd ailəsi BƏƏ rəsmiləri ilə uşaqlarının ölkədə qalması üçün xüsusi razılaşma əldə edib.

Qeyd olunur ki, 2024-cü ilin dekabrında silahlı müxalifət qrupları Əsədin devrildiyini və Dəməşqin ələ keçirildiyini elan edib. Keçmiş prezident ölkəni tərk edərək Moskvaya gəlib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin Əsədə və ailəsinə sığınacaq vermək qərarını şəxsən özü verib.

Seçilən
45
36
veteninfo.az

10Mənbələr