AZ

Rusiyada müəyyən qüvvələrin məsuliyyətsizliyi buna gətirib çıxardı Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Təyyarəmizin ağır qəzaya uğramasının ağrısı hələ də azərbaycanlıların qəlbindən çıxmayıb. Bu hadisə baş verməməli idi. Rusiyada müəyyən qüvvələrin məsuliyyətsizliyi buna gətirib çıxardı. Azərbaycan öz vətəndaşlarının hüquqlarının qorunması üçün maksimum işlər apardı və bir daha göstərdi ki, heç bir zaman ona olan etinasızlığa, vətəndaşlarının dünyasını dəyişməsinə gətirib çıxaran hərəkətlərə qarşı biganə olmayacaq".

Bu fikirləri Redaktor.az-a AZAL-a məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi.

"Bunun nəticəsidir ki, Rusiya Prezidenti bir neçə ay bundan əvvəl beynəlxalq tədbirlərin birində cənab prezidentdən üzr istədi, kompensasiyanın ödəniləcəyini bildirdi və günahkarların cəzalandırılacağını vurğuladı. Biz bunu Rusiya tərəfdən gözləyirik və istəyirik ki, Rusiyanın müvafiq orqanları təkcə Azərbaycan təyyarəsi ilə bağlı deyil, ümumiyyətlə hava məkanının bütün təyyarələr üçün təhlükəsiz olması üçün bütün lazımi addımları atsınlar.

Qəzada həlak olanların xatirəsi həmişə qəlbimizdədir. Biz onları qəhrəman kimi görürük və həlak olanların ailələrinə dövlət tərəfindən bütün diqqət göstərilib. Bundan sonra hər hansı bir təhlükənin qarşısının alınması üçün Azərbaycan dövləti yenə də ən etibarlı addımlar atacaq və həmişə vətəndaşının keşiyində dayanacaq", - deyə millət vəkili qeyd etdi.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
redaktor.az

2Mənbələr