AZ

Dövlət orqanlarında çalışanlar və könüllülər yeni qaydada sığortalanacaq: Ehtiyat fond olacaq

Dövlət orqanlarında, bələdiyyələrdə, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərdə və büdcə təşkilatlarında çalışan şəxslər, habelə istehsalat təcrübəsi (təlimi) keçəntələbə və şagirdlər, könüllü fəaliyyətin iştirakçısı olan könüllülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) icbari sığorta olunacaqlar.

"Cebheinfo.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əlavə edilən yeni - 2-1-ci maddədə (İcbari sığortanın aidiyyəti) əksini tapıb.

Bununla əlaqədar istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və annuitet müqaviləsi (sığortaçı və faydalanan şəxs arasında bağlanılan, həmin faydalanan şəxsin xeyrinə dövri sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta müqaviləsi) yuxarıda qeyd edilən şəxslərə şamil olunmayacaq.

Digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə isə sığortaçı Azərbaycan Respublikasında həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və İcbari Sığorta Bürosunun iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü aparmağa, həmçinin “Sığorta fəaliyyəti haqqında” qanun ilə müəyyən olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs olacaq.

"Cebheinfo.az"

Seçilən
13
21
cebheinfo.az

10Mənbələr