AZ

14 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni ilin ilk hərracı yanvarın 6-da keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1999-2013-cü illəri əhatə edir.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 13-də keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 152 nəqliyyat vasitəsi çıxarılacaq. İştirak edəcək şəxslər xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan broyler”, “Yevlax Yük Avtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və “Xaçmaz Mexanizasiya Nəqliyyat” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 123.056 manatla 1.120.118 manat arasında dəyişir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Seçilən
39
50
modern.az

10Mənbələr