Bakı.Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən yeni ilin ilk hərracı yanvarın 6-da keçiriləcək.
Trend xəbərverir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumatyayıb.
Bildirilib ki, hərraca 14 nəqliyyat vasitəsi çıxarılacaq.Avtomobillərin buraxılış tarixləri 1999-2013-cü illəri əhatəedir.
Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın13-də keçiriləcək. Hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi, 152nəqliyyat vasitəsi çıxarılacaq. İştirak edəcək şəxslər xidmət vəyeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmləriniözəlləşdirə bilərlər. Bunlar “Salyan broyler”, “Yevlax YükAvtonəqliyyat”, “Yevlax Kəndnəqliyyat”, “Şıxlar Broyler” və “XaçmazMexanizasiya Nəqliyyat” açıq səhmdar cəmiyyətləridir. Səhmdarcəmiyyətlərinin nizamnamə kapitalı 123.056 manatla 1.120.118 manatarasında dəyişir.
Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanışolmaq mümkündür.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” və“www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılanəmlaklar üzrə seçim edə bilərlər.