AZ

Professor: HƏMAS Qəzzada yenidən terror rejimi qurur və yeniyetmələri cəlb edir

ain.az bildirir, Bizimyol portalına istinadən.

HƏMAS İsraillə atəşkəsdən istifadə edərək Qəzzada yeni terror aparatını bərpa edir, mövqelərini möhkəmləndirir, rəhbərlik strukturunu yenidən formalaşdırır və yeniyetmələrdən ibarət yeni nəsli cəlb edir.

Bizimyol.info xəbər verir ki, bu barədə "Fox News"a açıqlamasında Təl-Əviv Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun və “Misgav” İnstitutunun aparıcı elmi əməkdaşı, professor Kobi Mixail bildirib.

Onun sözlərinə görə, İsraillə döyüş əməliyyatlarına verilən fasilə HƏMAS-a yenidən qruplaşmaq və güc toplamaq üçün imkan yaradıb. “Baş verənlər HƏMAS Qəzzanın qərb hissəsinə nəzarət etdiyi müddətcə davam edəcək. Ümumilikdə, hazırda HƏMAS tam hərəkət azadlığına malikdir”, – deyə professor vurğulayıb.

Bildirilir ki, atəşkəs rejimi qüvvəyə mindikdən sonra HƏMAS yaranmış hakimiyyət boşluğunu doldurmağa çalışır. Çoxsaylı məlumatlara əsasən, terror təşkilatı Qəzzanın geniş ərazilərində, o cümlədən daha əvvəl İsrail Müdafiə Ordusunun fəaliyyət göstərdiyi bölgələrdə mövqelərini bərpa edir.

HƏMAS liderləri İsmail Haniyə və Yəhya Sinvarın zərərsizləşdirilməsindən sonra qruplaşma yeni lider seçməyə hazırlaşır. "The Jerusalem Post" nəşrinin məlumatına görə, əsas namizədlər Xəlil əl-Həyyə və Xalid Məşaldır. Onlardan birincisi Qəzzada daha populyar olduğu üçün favorit hesab olunur.

“Bu liderlərin hər ikisi suallar doğurur. Hər biri özünəməxsus şəkildə daha döyüşkən və radikal sayılır. Daha çox siyasi fiqur kimi təqdim edilən Məşal belə silahlı müqavimətin davam etdirilməsinin tərəfdarıdır. Əslində isə HƏMAS üçün kimin növbəti lider olmasının ciddi fərqi yoxdur”, – deyə Mixail qeyd edib.

Professorun fikrincə, ən narahatedici məqamlardan biri HƏMAS-ın yeniyetmələri cəlb etməkdə artan uğurudur.

“Hazırda HƏMAS üçün yeniyetmələri cəlb etmək çox asandır, çünki qruplaşma faktiki olaraq Qəzzanın qərb hissəsinə nəzarət edir. HƏMAS Qəzzada ən etibarlı "işəgötürənə" çevrilib və 16–17 yaşlı oğlanlara az da olsa maaş təklif edir. Görünür, bəzi yeniyetmələr üçün HƏMAS-a qoşulmaq adi hal alıb, çünki onların bir qismi yaxınlarını itirib və bu da onlarda qisas motivi yaradır”, – deyə Mixail vurğulayıb.

O, həmçinin istisna etməyib ki, HƏMAS İsrail Müdafiə Ordusu tərəfindən daha əvvəl dağıdılmış terror tunellərini yenidən bərpa etməyə cəhd göstərə bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
11
bizimyol.info

10Mənbələr