Baku.ws saytına istinadən ain.az xəbər verir.
Türkiyəli milyarder və iş adamı Ali Sabancıdan xəbər var.
BAKU.WS xəbər verir ki, o bu dəfə ABŞ-dən 4000 mənzil alaraq kirayəyə verib.
Bu barədə Sabancı özü məlumat yayıb.
O "Amerikada binalardan ibarət kompleksi satın alıb kirayə veririk. Təxminən 4000 mənzilimiz var" - deyə qeyd edib.
Bir neçə gün əvvəl Ali Sabancı verilişdə qonaq olarkən "Dolana bilmirəm!. İstədiyimlə müqayisədə dolana bilmirəm" sözlərini söyləyib.
Bu çıxışından sonra Sabancının ABŞ-dən yaşayış kompleksi alması müzakirələr yaradıb.
Xatırladaq ki, onun hazırda 900 milyon dollardan çox sərvəti olduğu bildirilir. "Forbes" jurnalının məlumatlarına görə, Ali Sabancı Türkiyədə ən varlı 34-cü adamdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.