AZ

Ömürlük məhbusdan QİSAS: Keçmiş silahdaşlarını bir-bir SATIR – FOTO/VİDEO

Ömürlük həbsdə olan məşhur nasist lider keçmiş dostlarını satmağa davam edir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Aleksey Voyevodin 2003-cü ildə koreyalını öldürən şəriki Sergey Netronini ələ verib.

Məlumata görə, “BTO” (Terrorçu Döyüş Təşkilatı) bandasından olan tanınmış nasist lider, ömürlük həbs cəzası çəkən Aleksey Voyevodin keçmiş cinayət ortaqlarını ifşa etməyə davam edir.

Bu dəfə Voyevodin könüllü olaraq 2003-cü ildə bir koreyalını birlikdə öldürdüyü Sergey Netronini ələ verib.

Həmin vaxt onlar Sankt-Peterburqda, Marat küçəsindəki həyətlərdən birində Kim Hen İk adlı əcnəbini tutaraq ona bıçaq və dəmir borularla xəsarətlər yetirmişdilər. Netroninin bir ay əvvəl həbs edildiyi bildirilir.

İndi Rusiyanın bir çox neonasist icmaları Voyevodini “satqın” (“krısa”) elan edərək onu hərəkatdan xaric ediblər. Hətta ona həsr olunmuş kanal da bağlanıb.

Daha əvvəl cinayətkarın ifadələri əsasında daha üç qruplaşmanın nümayəndələri müəyyən edilərək saxlanılmışdı.

Bildirilir ki, Voyevodin bu yolla həbsxanadan keçmiş silahdaşlarından qisas almaq qərarına gəlib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
36
50
interpress.az

10Mənbələr