Moskvada məşhur aktrisa fitnes klubda vəhşicəsinə döyülüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, teatr və kino aktrisası Kristina Tsvetkova Moskvanın Naqatinskaya küçəsindəki “X-Fit” fitnes klubunda hücuma məruz qalıb. Hadisəyə səbəb onun boks məşqindən sonra yüksək səslə musiqiyə qulaq asması olub.
Bildirilir ki, aktrisa soyunub-geyinmə otağında telefonu ilə sosial şəbəkələrə musiqili videolar yükləyərkən digər müştəri buna etiraz edib. Yaranan sözlü mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib.
Tsvetkovanın sözlərinə görə, qadın əvvəlcə onu ayaqqabı geyinmək üçün istifadə olunan dabankeşlə vurub, daha sonra dişləməyə və saçlarını yolmağa başlayıb. Dişləmə nəticəsində aktrisanın iki barmağı işləmir – ilkin ehtimala görə, vətər zədələnib.
Şahidlər mühafizəçi axtarsalar da, tapa bilməyiblər. Hücum edən şəxs əşyalarını yığaraq qaçıb. Qan içində resepşnə yaxınlaşan Kristina təcili yardım və polis çağırılmasını xahiş etsə də, işçilər bundan imtina ediblər.
Yekunda hüquq-mühafizə orqanları hadisə yerinə gələrək ifadə alıblar.
Sonradan məlum olub ki, qarşı tərəf də ərizə yazaraq özünü Tsvetkovadan müdafiə etdiyini iddia edib.
Sahə müvəkkilindən kömək görməyən aktrisa yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalıb.
Xuraman Etibarlı
İnterpress.az