AZ

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbi saxlanılıb

Gürcüstanda “Qırmızı Körpü” sərhəd sektorunun “Sadaxlı” mühafizə bölməsində xarici ölkə vətəndaşı saxlanılıb.

 

APA Gürcüstanın Sərhəd Polisinə istinadən bildirir ki, istintaqla 1992-ci il təvəllüdlü həmin şəxsin sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Ermənistandan Gürcüstana dövlət sərhədini qanunsuz keçərək daxil olduğu müəyyən edilib.

 

Məhkəmənin qərarı ilə əcnəbinin Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlara başlanılıb.

Seçilən
19
3
senzor.az

3Mənbələr