AZ

Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbi saxlanılıb

Gürcüstanda “Qırmızı Körpü” sərhəd sektorunun “Sadaxlı” mühafizə bölməsində xarici ölkə vətəndaşı saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

İstintaqla 1992-ci il təvəllüdlü həmin şəxsin sərhəd-nəzarət məntəqəsindən yan ötməklə Ermənistandan Gürcüstana dövlət sərhədini qanunsuz keçərək daxil olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə əcnəbinin Gürcüstandan çıxarılması üçün müvafiq prosedurlara başlanılıb.

Seçilən
13
3
operativmm.az

3Mənbələr