Paytaxtın Nəsimi rayonunda, Nəsib bəy Yusifbəyli və Novruzov qardaşları küçələrinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.