Paytaxtın Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli küçəsi ilə Novruzov Qardaşları küçəsinin kəsişməsində nəqliyyat vasitələri və piyadalar üçün növbəli və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə 4 ədəd dirəkdən ibarət yeni nəqliyyat və piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.
Məlumata görə, görülən tədbirlər nəticəsində kəsişmədə yaranan xaotik vəziyyət aradan qaldırılıb.
P.ƏMİRCANOV
XQ