Bakı. Trend:
"Virtual Qərbi Azərbaycan" ensiklopediyası Prezident İlhamƏliyevin strateji çağırışının praktiki və elmi müstəvidə həyatakeçirilməsinə yönəlib.
Trend xəbərverir ki, bunu Strateji Kommunikasiyalar Mərkəzinin sədri vəlayihənin Baş məsləhətçisi Anar Qədirli bu gün Bakıda keçirilən"Virtual Qərbi Azərbaycan" ensiklopedik toplunun təqdimatmərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əsas məqsəd Qərbi Azərbaycanla bağlı tarixihəqiqətləri yalnız emosional çağırışlarla deyil, akademikobyektivlik və elmi dəqiqlik əsasında təqdim etməkdir. Biz bumövzunun faktoloji bazasını həm milli, həm də beynəlxalq səviyyədəgücləndirməyi hədəfləyirik.
Anar Qədirli bildirib ki, azərbaycanlıların bu ərazilərdəntamamilə çıxarılması sadəcə insanların doğma yurdlarındanköçürülməsi deyil:
"Bu proses yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi,tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması,yəni bütövlükdə bir mədəni irsin silinməsi ilə müşayiət olunub.
Cənab Prezident İlham Əliyev çıxışında eyni zamanda çox mühümbir məqama diqqət çəkmişdi. Qarabağ Azərbaycan həqiqətləri sistemlişəkildə öyrənilməli, elmi əsaslarla sənədləşdirilməlidir. Bu məsələyalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyinqorunması, gənc nəsillərin doğru və dürüst tarixi biliklər üzərindəyetişməsi baxımından son dərəcə vacibdir. Buna görə də elmitədqiqatların, arxiv sənədlərinin və statistik məlumatların birmərkəzdə toplanması prioritet istiqamət kimi müəyyən edilib".