AZ

Xəstəxanaya yerləşdirilən Xalq şairindən xəbər var

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin səhhəti yaxşılığa doğru dəyişir.

Bu barədə məlumatı “Yeni Sabah”a onun köməkçisi Arif Mehmandost verib:

“Müalicəsi xəstəxanada davam edir. Hazırda vəziyyəti yaxşıdır. Hər şey müsbət istiqamətdə dəyişir. Ola bilsin sabah, ya biri gün evə buraxılacaq”.

Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb. 

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
9
3
yenisabah.az

8Mənbələr