AZ

Nəriman Həsənzadənin vəziyyəti NECƏDİR?

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xalq şairi Nəriman Həsənzadə Yeni il bayramı ərəfəsində evə buraxılacaq.

Redaktor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Arif Mehmandost məlumat verib. 

O bildirib ki, şairin vəziyyəti yaxşılığa doğru dəyişir:

“Hazırda səhhəti normaldır. Vəziyyəti yaxşılığa doğru dəyişir. Həkim nəzarəti altındadır. Həkimlərlə danışıqlar gedir. İrəliləyiş olarsa, Yeni il bayramından öncə evə buraxılacaq”.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib. O, dekabrın 2-də müalicə olunduğu Mərkəzi Klinikada reanimasiya şöbəsində dializə qoşulub. Dekabrın 12-də isə reanimasiyadan palataya köçürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
5
redaktor.az

6Mənbələr