
Sülh planı 90% razılaşdırılıb.
Yenianaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Florida ştatının Mar-a-Laqo şəhərində ABŞ Prezidenti Donald Trampla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
O, həmçinin, Kiyev üçün təhlükəsizlik zəmanətlərinim 100% təmin edildiyini qeyd edib.
“Sülh sazişinin bütün aspektlərini müzakirə etdik və həqiqətən də, mühüm nailiyyətlər əldə etdik. 20 maddəlik planın 90%-i ilə bağlı razılığa gəldik. Təhlükəsizlik məsələsində də demək olar ki, tamamilə razılıq əldə etdik. Hərbi aspektləri də 100% razılaşdırdıq. İndi biz növbəti addımların ardıcıllığını müzakirə edirik”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. Görüş 2 saat yarımdan çox davam edib.