AZ

Tramp-Zelenski danışığı başa çatdı: 20 maddəlik sülh planı 90% razılaşdırıldı

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqları başa çatıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski hazırda Avropa liderləri, o cümlədən İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə danışıqlar aparır.

Tərəflər danışıqları yekunlaşdırmaq və növbəti addımları müəyyən etmək üçün birgə mətbuat konfransı keçiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib ki, 20 maddəlik sülh planı artıq 90% razılaşdırılıb:

“Böyük nailiyyətlər əldə etmişik. 20 bəndlik sülh planı – 90%, ABŞ-nin təhlükəsizlik zəmanətləri 100% razılaşdırılıb. ABŞ və Avropanın zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Hərbi aspektlər də 100% razılaşdırılıb”.

“İnkişaf planı tamamlanmaqdadır, biz həmçinin növbəti addımların ardıcıllığını müzakirə etdik. Razılaşdıq ki, təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”, – Zelenski bildirib.

Donald Tramp da məsələlərin 95%-i üzrə yekun razılığın əldə olunduğunu təsdiqləyib.

Qeyd edək ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirilib. Görüş 2 saat yarımdan çox davam edib.

Seçilən
73
50
nocomment.az

10Mənbələr