AZ

Azərbaycanda QİÇS xəstələrinin sayı 15 ildə xeyli artıb

2010-cu illə müqayisədə 2024-cü ildə insan immunçatışmazlığı virusuna (İİV) yoluxanların sayı 9 min 223 nəfər artaraq 11 min 844-ə yüksəlib.

Bizim.Media rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə qazanılmış immunçatışmazlığı sindromu (QİÇS) diaqnozu ilə qeydiyyatda olanların sayı isə 2273 nəfər artaraq 2964 nəfər təşkil edib.

2010-cu illə müqayisədə 2024-cü ildə ölkə əhalisinin hər 1000 yoluxmamış nəfərinə düşən yeni İİV yoluxmalarının sayı 0.11-ə çatıb.
 

Göstərici cins bölgüsünə görə kişilər arasında 0.16, qadınlar arasında isə 0.06 təşkil edib. Bu indikator il ərzində İİV-ə yeni yoluxanların sayının yoluxmamış əhalinin ortaillik sayına nisbətinin 1000-ə vurulması ilə hesablanır.


2024-cü ildə İİV-in törətdiyi xəstəliklə ilk dəfə qeydiyyata alınanların ümumi sayı 1152 nəfər olub. Onlardan 834-ü kişi, 318-i isə qadındır. (Oxu.az)

Bizim.Media

Seçilən
50
10
bizim.media

10Mənbələr