AZ

Madrid "Real"ı 17 yaşlı müdafiəçi üçün 40 milyon avroluq təklif gündərməyə hazırlaşır

İtaliyanın “Atalanta” klubunun mərkəz müdafiəçisi Honest Ahanor Madrid “Real”ının maraq dairəsinə düşüb.

İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, müdafiə xəttini gücləndirmək istəyən “Kİral klubu” 17 yaşlı gənc istedadı transfer siyahısına daxil edib.

İspaniya nəhəngi nigeriyalı futbolçu üçün təxminən 40 milyon avro təklif etməyə hazırdır.

Gənc müdafiəçi cari mövsümdə “Atalanta”nın heyətində 13 oyuna çıxıb. O, bu qarşılaşmalarda bir qolla yadda qalıb.

“Transfermarkt” portalı Ahanorun transfer dəyərini 25 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz
Məqalədə:
Seçilən
71
23
idman.biz

10Mənbələr