Rusiyanın Petropavlovsk-Kamçatka şəhərində yerləşən evlərin birində baş verən yanğında 4 nəfər ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə TASS-a regional Səhiyyə Nazirliyi məlumat verib.
Nazirlikdən verilən məlumata görə, hadisə Qorki küçəsi 15/2 ünvanında qeydə alınıb. Yanğın nəticəsində ölənlərin ikisi uşaqdır.
Hadisə yerində 4 təcili yardım briqadası cəlb edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.