Petropavlovsk-Kamçatski şəhərində Qorki küçəsi, 15/2 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Publika.az xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər yanaraq ölüb.
Rusiya İstintaq Komitəsi yanğın nəticəsində dörd nəfərin ölümü ilə bağlı cinayət işi açıb.
"Müstəntiqlər hadisənin ətraflı hallarını müəyyən etmək üçün zəruri istintaq və prosessual hərəkətlər həyata keçirirlər", - deyə açıqlamada bildirilir.