Moldova parlamenti Seçki Məcəlləsinə dəyişiklik edib.
Moldovanın Aİ-yə daxil olması üçün nəzərdə tutulan referendum 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə birləşdiriləcək.
“Referendum prezident, parlament və yerli hakimiyyət orqanlarının seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Müvafiq dəyişikliklər bu gün keçirilən plenar iclasda təsdiq edilib”, - deyə qeyd olunub.
Xatırladaq ki, hazırda Moldovanın Prezidenti xanım Maya Sandudur. O, 2020-ci ilin dekabrında prezident seçkilərində qalib gələrək prezident seçilib.
Mənbə: qafqazinfo.az
Digər Siyasət xəbərləri
Copyright © 2023 All Rights Reserved. Developed by
scorpion.az








