EN

Moldovada prezident seçkiləri referendumla bir keçiriləcək

Moldova parlamenti Seçki Məcəlləsinə dəyişiklik edib.

Moldovanın Aİ-yə daxil olması üçün nəzərdə tutulan referendum 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə birləşdiriləcək.

“Referendum prezident, parlament və yerli hakimiyyət orqanlarının seçkiləri ilə eyni vaxtda keçirilə bilər. Müvafiq dəyişikliklər bu gün keçirilən plenar iclasda təsdiq edilib”, - deyə qeyd olunub.

Xatırladaq ki, hazırda Moldovanın Prezidenti xanım Maya Sandudur. O, 2020-ci ilin dekabrında prezident seçkilərində qalib gələrək prezident seçilib.

Mənbə: qafqazinfo.az

Aqreqator
Chosen
315
2
qafqazinfo.az

10Sources