AZ

Yığmalarımızda 14 oyun keçirən futbolçu saxlanıldı

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyə futbolunda aparılan mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barədə saxlanılma qərarı verilib. "Football-plus.az" xəbər verir ki, saxlanılanlar arasında Azərbaycan millisinin sabiq müdafiəçisi də var.Ölkəmizin U-17 və U-19 yığmalarında çıxış etmiş Karakaş ümumilikdə 14 oyun keçirib. O, baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında U-17-lər arasında Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiya (0:1) ilə qarşılaşmalarda meydanda olub.Karakaş hazırda karyerasını Türkiyənin 3-cü liqasında çıxış edən “Ərciyes-38”də davam etdirir, bu komandanın kapitanıdı. Onunla iyulda birillik müqavilə imzalanıb. Komandanın azarkeşlərinin rəğbətini qazanmış, hər oyunda qələbə üçün əlindən gələni edən futbolçu kimi tanınır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
icma.az

2Mənbələr