Türkiyə futbolunda aparılan mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barədə saxlanılma qərarı verilib.
"Football-plus.az" xəbər verir ki, saxlanılanlar arasında Azərbaycan millisinin sabiq müdafiəçisi də var.
Ölkəmizin U-17 və U-19 yığmalarında çıxış etmiş Karakaş ümumilikdə 14 oyun keçirib. O, baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında U-17-lər arasında Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiya (0:1) ilə qarşılaşmalarda meydanda olub.
Karakaş hazırda karyerasını Türkiyənin 3-cü liqasında çıxış edən “Ərciyes-38”də davam etdirir, bu komandanın kapitanıdı. Onunla iyulda birillik müqavilə imzalanıb. Komandanın azarkeşlərinin rəğbətini qazanmış, hər oyunda qələbə üçün əlindən gələni edən futbolçu kimi tanınır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta