Unikal.az saytına istinadən ain.az xəbər verir.
Rusiyalı diplomat, Küveyt, Türkiyə və İsraildəki keçmiş səfir Pyotr Steqni vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı keçmiş səfiri Aleksandr Yakovenko məlumat yayıb.
Steqni 80 yaşında dünyasını dəyişib. RİA Novosti agentliyinə bildirib ki, o, 80 yaşında idi.
Pyotr Steqni 1990-cı ilə qədər Sudan, Yəmən, Misir və Liviyadakı Sovet səfirliklərində, 1991-1992-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin müdir müavini vəzifəsində çalışıb. 1992-1998-ci illərdə Steqni Rusiyanın Küveytdəki, 2003-cü ildən 2007-ci ilə qədər Türkiyədəki, 2007-ci ildən 2011-ci ilə qədər isə İsraildəki fövqəladə və səlahiyyətli səfiri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.