ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın keçmiş mətbuat katibi Viktor Soqomonyan, atası, keçmiş millət vəkili Ernest Soqomonyan və digər ailə üzvləri Baş Prokurorluğa çağırılıblar.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, onlar qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə əlaqədar çağırılıblar. Baş Prokurorluq Soqomonyanın aktivlərini 27 yanvar 2023-cü ildə araşdırmağa başlayıb.
Bundan əlavə, Baş Prokurorluğun Qanunsuz Əldə Edilmiş Əmlakın Müsadirəsi Departamenti Ermənistan fraksiyasından parlament üzvü Aqvan Vardanyanı da prokurorluğa çağırıb.
Onun oğlu Vahe Vardanyana, həyat yoldaşı Tsogik Bejanyana, qızı Ani Vardanyana və ailə üzvləri Varduhi Vardanyan və Ruben Markosyana da çağırış vərəqələri göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.