AZ

Salyan və Göygöl heyvan bazarları fəaliyyətə başlayıb

Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Bildirilib ki, Agentlik tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.

Xatırladaq ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.

Gülər

"Cebheinfo.az"

Seçilən
30
20
cebheinfo.az

10Mənbələr