AZ

Salyan və Göygöl heyvan bazarları da fəaliyyətə başlayıb – FOTO

Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.
 

MÖVZU İLƏ BAĞLI: 

Daha bir “mal bazarı”nın fəaliyyəti bərpa edilir – VİDEO


Paralel.az xəbər verir ki , AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.

Qeyd edək ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi.
 

Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.


Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.












Seçilən
13
20
paralel.az

10Mənbələr