Türkiyəli məşhur müğənni Ebru Gündeşin keçmiş əri Murat Özdemir saxlanılıb.
NOCOMMENT.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvü olmaqda ittiham olunub.
Prokurorluqda ifadə verdikdən sonra M.Özdemir məhkəməyə aparılıb. Hakim isə onu sərbəst buraxıb.
Qeyd edək ki, Muratla Ebru Gündeş cari ilin sentyabrında boşanıblar.
