Türkiyəli müğənni Ebru Gündeşin keçmiş əri Murat Özdemir saxlanılıb.
NOCOMMENT.az Mia.az-a istinadən xəbər verir ki, o, Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayətkar təşkilatın üzvü olmaqda ittiham olunur.
Məlumata görə, Muratla müğənni Ebru Gündeş 2025-ci ilin sentyabrında boşanıblar.
***
Son məlumata görə, prokurorluqda ifadə verdikdən sonra Özdemir məhkəməyə aparılıb. Hakim isə onu sərbəst buraxıb.