AZ

Göygöldə ağır qəza – xəsarət alanlar var

Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan QAZ-3110 ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü F.Quliyev, 1982-ci il təvəllüdlü K.İsmayılova və 1977-ci il təvəllüdlü Z.Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Seçilən
24
6
konkret.az

10Mənbələr