AZ

Göygöldə dəhşətli qəza- yaralılar var

Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması ilə nəticələnib.

Sitat.info xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “QAZ 3110” ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində 1977-ci il təvəllüdlü F. Quliyev, 1982-ci il təvəllüdlü K. İsmayılova və 1977-ci il təvəllüdlü Z. Huseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır

Seçilən
24
11
sitat.info

10Mənbələr