AZ

Qazaxda “Birlik və Həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirildi - FOTOLAR

Dekabrın 26-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Birlik və Həmrəyliklə yeni ilə doğru” adlı bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş bayram tədbirini açıq elan edərək iştirakçıları salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıblar. Yeni ildə firavanlıq, əmin-amanlıq və Qələbələr arzulayıb, qarşıdan gələn yeni ilin dünya Azərbaycanlılarının arzu və istəklərinin gerçəkləşdiyi bir il olmasını diləyiblər. Qeyd olunub ki, bu gün qeyd etdiyimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Milli həmrəylik və Birlik gününün təsis olunması haqqında qərar qəbul etdi. Çox keçmədən Azərbaycan Respublikası Ali Sovetinin milli şurası hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında Sərəncam verdi. Artıq  illərdir ki, xalqımız Həmrəylik bayramını qeyd edir. Artıq soydaşlarımızla iş, onların birlik və bərabərliyi, həmrəyliyi istiqamətində aparılan siyasət öz nəticələrini verir. Aparıcılar 2025-ci ilin bir sıra mühüm hadisələrlə yaddaşlarımıza yazıldığını, müəllifi Ümummilli Lider Heydər Əliyev olan Konstitusiyamızın 30-cu, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərimizin 5-ci ildönümlərini əhatə edən 2025-ci ili “Konstitusiya və Suverenlik İli”ni çox uğurla başa vurduğumuzu, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyini silsilə tədbirlərlə qeyd etdiyimizi diqqətə çatdırıblar. Aparıcılar 2025-ci ilin Qazaxımız üçün də yaddaqalan bir il olduğunu, abadlıq-quruculuq ili kimi yaddaşlara yazıldığını, çoxlu sayda uğurlara imza atdığımızı, rayonumuzun bir sıra ölkə əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini, yüksək səviyyəli qonaqlar qarşıladığını, bir neçə yerli və beynəlxalq konfransların keçirildiyini, möhtəşəm tədbirlərin təşkil edildiyini, ən önəmlisi də rayonumuzun Azərbaycanın 2026-cı ildə İdman Paytaxtı elan edildiyini, Qazaxıstanın Taras şəhəri ilə qardaşlaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində qazanılmış uğurlardan, nailiyyətlərdən söz açaraq 2026-cı ilin də rayonumuz, qazaxlılarımız üçün düşərli bir il olmasını diləyiblər. 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Şaxta baba və Qar qızın tədbirə qatılması bayrama toplaşanlara xoş ovqat bəxş edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirində çıxış edərək iştirakçıları, şəhid ailələrini, qaziləri salamlayıb, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı, rayon ictimaiyyətini əlamətdar günlər münasibətilə təbrik edib, ən xoş arzularını səsləndirib. İcra başçısı yeni ilin yeni uğurlar gətirməsini, xalqımıza, dövlətimizə düşərli bir il olmasını arzu edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qləbədən söz açan rayon rəhbəri bu qələbə uğrunda, torpaqlarımızın azadlığı naminə canlarından keçən şəhidlərimizi ehtiramla anıb, sağlamlığını itirən qazilərimizi minnətdarlıqla xatırlayıb. Xalq olaraq bu gün müstəqil ölkənin vətəndaşı kimi bayramlar qeyd etməyimizi şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu dilə gətirib. Bu gün işğaldan azad olunmuş torpaqlarda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını, həmin ərazilərdə quruculuq işlərinin həyata keçirildiyini, soydaşlarımızın öz doğma yurdlarına qayıtdıqlarını söyləyib.  

Sonra bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

Seçilən
50
50
unikal.az

10Mənbələr