Türkiyəli iş adamı Əli Sabancı açıqlaması ilə gündəm olub.
Bakıvaxtı.az xəbər verir ki, iş adamı maddi vəziyyətinin onu qane etmədiyini bildirib.
Sabancı vurğulayıb ki, hazırkı imkanları ilə istədiyi həyat səviyyəsini təmin edə bilmir:
"Hər kəsin maddi məqsədləri var, mənim də var. Mən dolana bilmirəm. Yəni, arzu etdiyim həyatla müqayisədə dolana bilmirəm".
Qeyd edək ki, Əli Sabancı Türkiyənin tanınmış Sabancı ailəsinin üzvüdür və uzun illərdir iri biznes strukturlarında rəhbər vəzifələrdə çalışır. Onun 950 milyon sərvətə sahib olduğu deyilir./Axşam.az