ain.az bildirir, Unikal.az portalına istinadən.
"ESAS Holding"in İdarə Heyətinin sədri Ali Sabancı "Fast Company Turkiye"nin İstanbulda təşkil etdiyi “CEO Council” tədbirində çıxış edib.
"Unikal" xəbər verir ki, Sabancı çıxışında şirkətin həm Türkiyədə, həm də xaricdə çoxsaylı investorların aktivlərini idarə etdiyini vurğulayıb.
O, maddi hədəflərlə bağlı səmimi fikirlərini də bölüşüb:
"Hamının maddi məqsədləri var. Açığını deyim, mənim də var. Mən də dolana bilmirəm".
Sabancının bu çıxışı zaldakı qonaqlar və mətbuat nümayəndələri tərəfindən maraqla qarşılanıb. Qısa zamanda "Dolana bilmirəm" ifadəsi ilə gündəm olan Ali Sabancının sərvəti diqqət çəkib.
"Forbes" jurnalının məlumatına görə, türkiyəli iş adamının 960 000 000 dollar xalis sərvəti var. O, Türkiyənin ən zəngin simalarından biridir.
Gülayə Mecid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.