AZ

İsrailin şimalında terror hücumu: ölənlər var

İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətlə yetirib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisinin bəyanatında deyilir.

Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobili ilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isə bıçaqlayaraq qətlə yetirib.

 

Qərb Sahilindən gəldiyi deyilən terrorçunun hadisə yerində olan silahlı mülki şəxs tərəfindən atəş açılaraq tərksilah edildiyi bildirilir. O yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, o avtomobillə törətdiyi cinayəti Beyt Şian şəhərində həyata keçirib, daha sonra təxminən 12 kilometr məsafə qət edərək Eyn Harodda qadını bıçaqlayıb.

İsrail polisi insidenti terror hücumu kimi qiymətləndirib. Təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

Seçilən
18
3
day.az

4Mənbələr