AZ

İsrailin şimalında terror hücumu: ölənlər var

Bakı. Trend:

İsrailin şimalında fələstinli terrorçu iki nəfəri qətləyetirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrailin yerli polisininbəyanatında deyilir.

Məlumata görə, terror hücumunu həyata keçirən şəxs avtomobiliilə bir kişini vuraraq üzərindən keçib, başqa bir qadını isəbıçaqlayaraq qətlə yetirib.

Qərb Sahilindən gəldiyi deyilən terrorçunun hadisə yerində olansilahlı mülki şəxs tərəfindən atəş açılaraq tərksilah edildiyibildirilir. O yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edilir ki, o avtomobillə törətdiyi cinayəti Beyt Şianşəhərində həyata keçirib, daha sonra təxminən 12 kilometr məsafəqət edərək Eyn Harodda qadını bıçaqlayıb.

İsrail polisi insidenti terror hücumu kimi qiymətləndirib.Təfərrüatlar barədə hələ ki, məlumat verilmir.

Məqalədə:
Seçilən
28
3
az.trend.az

4Mənbələr