AZ

XİN başçısından Bakıdakı Rus Evi nin ləğvi ilə bağlı Açıqlama

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi"nin bərpa edilib-edilməməsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda "Rus Evi"nin heç bir qeydiyyatı olmadan fəaliyyət göstərdiyini və bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edildiyini deyib.

Nazir qeyd edib ki, digər pozuntular da davam edirdi:

"Ona görə də "Rus Evi"nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma məsələsi başa çatıb"(report).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
8
mia.az

10Mənbələr