AZ

Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb

Xarici işlər naziri Ceyhun Bayramov Bakıdakı "Rus Evi"nin bərpa edilib-edilməməsinə münasibət bildirib.

Nazir ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanda "Rus Evi"nin heç bir qeydiyyatı olmadan fəaliyyət göstərdiyini və bununla bağlı müəyyən vaxtlarda təsisata xəbərdarlıq edildiyini deyib.

Nazir qeyd edib ki, digər pozuntular da davam edirdi:

"Ona görə də "Rus Evi"nin bağlanmasına qərar verildi və bu, icra edildi. Bu və digər təsisatların ölkədə fəaliyyəti yerli qanunvericiliyə uyğun olmalıdır. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. "Rus Evi" ilə bağlı ən son təmaslar bir neçə həftə öncə olub. Bir sıra yarımçıq ləğvetmə prosesləri var idi. Rusiya tərəfi bununla bağlı ləğvedicilər təyin etmişdi. Məndə olan məlumata əsasən, yarımçıq və həll olunmayan məsələ qalmayıb, ləğvolunma prosesi başa çatıb".

İş elanları AzVak.az-da

© "Report" 

Seçilən
29
8
marja.az

10Mənbələr