AZ

Metronun iş saatı uzadılacaq

“Bakı Metropoliteni” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik edəcək.

KONKRET.az xəbər verir ki, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər və Bakı Metropoliteninin əməliyyat planına uyğun olaraq, stansiyalar gücləndirilmiş iş rejimində çalışacaq.

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə bütün stansiyalar saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Bayram günlərində metropolitendə gücləndirilmiş iş qrafiki tətbiq ediləcək. Xüsusilə, şəhər mərkəzində mədəni-kütləvi tədbirlərin keçirildiyi məkanlara yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri artırılacaq.

Ümumən dekabrın 31-dən yanvarın 3-nə qədər qatarların hərəkəti xüsusi qrafiklə tənzimlənəcək.

Xəttə buraxılması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

“Bakmil” stansiyasiyası üzrə qatarların hərəkəti 31 dekabr-3 yanvar tarixlərində şənbə, yanvarın 4-də isə bazar gününün qrafiki əsasında tənzimlənəcək.

Seçilən
30
37
konkret.az

10Mənbələr