AZ

XİN rəhbəri: Azərbaycan hər zaman milli maraqlarımıza uyğun addımlar atacaq

“Dünyada gedən proseslər yeni çağırışlar yaradır, hər bir dövlət buna adaptasiya olaraq uyğun addımlar atır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, bir il bundan öncə Suriyada baş verənlər hər kəsin yadındadır: “Bundan dərhal sonra Azərbaycan-Suriya münasibətləri kontekstində dəyişikliklər baş verdi. Daha əvvəl Bəşər Əsəd rejimi ilə Azərbaycan arasında heç bir münasibət yox idi. Buna səbəb bizə olan qeyri-dost addımları idi. Amma dəyişikliklər oldu və 13 ildən sonra Azərbaycanın Suriyada səfirliyi bərpa olundu. Azərbaycandan Suriyaya qaz ixracı bərpa olunub. Azərbaycanın boru xətti ilə qaz çatdırdığı 14-cü ölkə Suriya oldu".

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan hər zaman dünyada gedən prosesləri izləyəcək və milli maraqlarımıza uyğun addımlar atacaq.

Seçilən
11
7
operativmm.az

8Mənbələr