AZ

XİN başçısı: Azərbaycanın boru xətti ilə qaz çatdırdığı 14-cü ölkə Suriya olub


“Dünyada gedən proseslər yeni çağırışlar yaradır, hər bir dövlət buna adaptasiya edib uyğun addımlar atır”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 1 il bundan öncə Suriyada baş verənlər yadımızdadır: “Bundan dərhal sonra Azərbaycan-Suriya münasibətləri konteksində dəyişikliklər baş verdi. Suriyada baş verən dəyişikliklər bizim üçün yaxşı idi. Bundan öncə Bəşər Əsəd rejimi ilə Azərbaycan arasında heç bir münasibət yox idi. Buna səbəb bizə olan qeyri-dost addımları idi. Amma dəyişikliklər oldu və 13 ildən sonra Azərbaycanın Suriyada səfirliyi bərpa olundu. Azərbaycandan Suriyaya qaz ixracı bərpa olunub. Azərbaycanın boru xətti ilə qaz çatdırdığı 14-cü ölkə Suriya oldu”.

Seçilən
16
7
apa.az

8Mənbələr