Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Bu barədə EKOLOGİYA.az- a nazirlikdən məlumat verilib.
Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
