Bakı, 26 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, Vəkil Günü peşə bayramı ilə əlaqədar təşkil olunan ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.